Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əmanətlərin həcmi 2013-cü ilin martın 1-nə 5 536,0 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin martın 1-nə nisbətən 1 205,4 mln. manat və ya 27,8% çoxdur.
“APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.
O cümlədən bu ilin yanvar-fevral ayları ərzində bank əmanətlərinin həcmi 220,6 mln. manat və ya 4,2% artıb.