Bank Of Baku

Azərbaycanda bankların aktivləri 22 mlrd. manatı ötüb

Azərbaycanda bankların aktivləri 22 mlrd. manatı ötüb
# 06 iyun 2014 07:21 (UTC +04:00)

Bakı – APA-Economics. Cari il mayın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 22 mlrd. 9,5 mln. manat təşkil edir.

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, banklar yanvar-aprel aylarında aktivlərini 8% artırıblar.

 

Mayın 1-nə bankların kredit qoyuluşları və məcmu kapitalı hər biri 5,2% artaraq 15 mlrd. 775,6 mln. və 3 mlrd. 605,4 mln. manat təşkil edib.

 

Statistikaya əsasən, banklarda yerləşdirilən əhalinin əmanətləri 2,7% artaraq 6 mlrd. 569,9 mln. manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR