Bank Of Baku

Azərbaycanda BOKT-lardan biri 580 min dollarlıq istiqraz buraxır

Azərbaycanda BOKT-lardan biri 580 min dollarlıq istiqraz buraxır
# 27 iyul 2015 07:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Premier Kredit BOKT” MMC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

 

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1000 dollar, sayı 580 ədəd, emissiyanın ümumi həcmi isə 580 000  dollar təşkil edir.

 

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

 

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR