Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına 1 533,1 mln. manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ötən ilin ilk beş ayına nisbətən 45,6% artıb.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yönəldilmiş vəsaitin 1 337,9 mln. manatı (87,3%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Çexiya sərmayədarlarına məxsus olub.