Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti azalıb

Azərbaycanda cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti azalıb
# 18 iyun 2013 14:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti 2012-ci il üzrə 21,7% təşkil edib. «APA-Economics»in hesablamalarına görə, əvvəlki ilin eyni göstəricisinə nisbətən 5,4 faiz bəndi səviyyəsində azalma müşahidə olunub.

 

Cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbətinin illik azalması cari əməliyyatlar hesabının balansının əvvəlki illə müqayisədə azalması ilə bağlıdır. Belə ki, bu göstərici illik müqayisədə 2,250 mlrd. dollar və ya 13,1% azalıb.

 

Cari əməliyyatlar hesabının balansının qeyri-neft ÜDM-ə nisbəti 2012-ci il üzrə 41,1% təşkil edib ki, bu da illik müqayisədə 6,4 faiz bəndi azdır.

 

Qeyd edək ki, Azərbaycanın cari əməliyyatlar hesabının balansının ÜDM-ə nisbəti göstəricisi yüksək hesab olunmalıdır, hətta əksər ölkələrdə cari əməliyyatlar hesabı üzrə mənfi saldo müşahidə olunur. Müsbət saldo adətən neft və qaz ixrac edən ölkələrdə müşahidə olunur və bu ölkələr arasında Azərbaycan həmin göstəricinin həcminə görə lider dövlətlərdən biridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR