Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakla bağlı vergi inzibatçılığı sərtləşdirilməyəcək

Azərbaycanda daşınmaz əmlakla bağlı vergi inzibatçılığı sərtləşdirilməyəcək
# 10 iyun 2013 09:34 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda ümumi vergi daxilolmalarında daşınmaz əmlak vergilərinin payı başqa ölkələrlə müqayisədə azdır: «Elə ölkələr var ki, bu sahədə vergi daxilolmaları 40-50%-ə çatır. İtaliya, İngiltərə və bir sıra digər ölkələr bu sahədə ciddi nailiyyətlər əldə edib».

 

Bununla yanaşı, nazir müavini bu sahədə yeniliklərin əmlak bazarına mənfi təsir edə biləcəyini qeyd edib: «Biz bunu Azərbaycanda indi tətbiq etsək, ölkənin daşınmaz əmlak bazarına ola bilsin ki, mənfi təsir göstərəcək. Azərbaycanda daşınmaz əmlak bazarı indi-indi formalaşıb. Ona görə bu məsələdə tələskənliyə yol vermək olmaz».

 

S.Ələkbərovun sözlərinə görə, bəzi MDB ölkələri daşınmaz əmlakın vergiyə cəlb olunması qaydalarını sərtləşdirməyə çalışsalar da, ciddi irəliləyişə nail ola bilməyib: «Qazaxıstan, Rusiya və digər ölkələri buna misal gətirmək olar».

 

Nazir müavini bildirib ki, bu sahədə yeniliklərin tətbiqi bir qədər zaman tələb edəcək: «Ölkədə əmlak sahibkarlığı formalaşandan sonra bunu etmək mümkün olacaq. Ona görə lazımdır ki, ölkədə əmlak münasibətləri tam oturuşsun və bundan sonra əmlak sahiblərinin vergiyə cəlb edilməsi o qədər də çətin olmayacaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR