Bank Of Baku

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 31% artıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 31% artıb
# 06 iyun 2014 08:02 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 42 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30,8% çoxdur.

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, AİF-in agent bankları cari ilin aprel ayında 14,6 mln. manat məbləğində ipoteka krediti veriblər.

 

Cari ilin yanvar-aprel aylarında AİF 38 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

 

Hesabat dövründə fondun 20 mln. manat məbləğində istiqrazı yerləşdirilib ki, bunlardan 5 mln. manatı aprel ayının payına düşür.

 

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 749 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,85%, aylıq ödəniş isə 319 manat təşkil edib.

 

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 38 846 manat, orta müddəti 277 ay, orta faiz dərəcəsi 6,97%, alıq ödəniş isə 318,5 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR