Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 1 603,9 manat və ya ayda orta hesabla 320,8 manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 15,0 mlrd. manatlıq gəlirin 70,3%-i son istehlak xərclərinə, 11,5%-i vergilərin, kreditlər üzrə faizlərin, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,2%-i isə yığıma yönəldilib.
Əhalinin sərəncamda qalan gəlirləri 13,7 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 4,6% artıb.