Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2015-ci ilin sentyabr ayının 1-ə 17 734,27 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 572,13 mln. manat və ya 16,77% azdır.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, iyul ayı ilə müqayisədə avqustda geniş mənada pul kütləsi 1 121,13 mln. manat və ya 5,95% azalıb.
Ümumiyyətlə, 2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında geniş mənada pul kütləsi 997,86 mln. manat və ya 4,63%, yanvar ayı ilə müqayisədə fevralda bu göstərici 453,33 mln manat və ya 2,2%, fevral ayı ilə müqayisədə isə martda 607,77 mln. manat və ya 3,02%, mart ayı ilə müqayisədə apreldə 524,52 mln. manat və ya 2,69%, aprellə müqayisədə mayda 16,07 mln. manat və ya 0,08%, may ayı ilə müqayisədə iyunda geniş mənada pul kütləsi 117,41 mln. manat və ya 0,62% azalıb. İyun ayı ilə müqayisədə iyulda geniş mənada pul kütləsi 9 mln. manat və ya 0,05% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 7 906,7 mln. manat və ya 45,30% azalaraq sentyabrın 1-ə 9 545,7 mln. manat olub, avqustda isə 1 307,8 mln. manat və ya 12,05% azalıb.