Bank Of Baku

Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir

Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir
# 09 iyun 2014 09:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 252 mln. manat və ya 40,28% artaraq 2014-cü ilin mayın 1-nə 4 360,53 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi  Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin aprel ayında xarici öhdəliklərin həcmi 82 mln. manat və ya 1,85% azalıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin mayın 1-nə 2 980,1 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 643,2 mln. manat və ya 28,40% artıb. O cümlədən, bu ilin aprelində 106 mln. manat və ya 3,78%-lik artım baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR