Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 463,2 mln. manat və ya 31,26% artaraq 2015-ci il noyabrın 1-nə 6 143,2 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, sentyabr ayı ilə müqayisədə isə, oktyabrda xarici öhdəliklərin həcmi 142 mln. manat və ya 2,26% azalıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci il noyabrın 1-nə 4 716,1 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 658,8 mln. manat və ya 54,26% çoxdur. Məcmu xarici aktivlərin həcmində sentyabr ayı ilə müqayisədə oktyabrda 121 mln. manat və ya 2,63%-lik artım baş verib.