Bank Of Baku

Azərbaycanda kredit götürənlərin sayı 2,5 mln. nəfəri ötüb

Azərbaycanda kredit götürənlərin sayı 2,5 mln. nəfəri ötüb
# 07 dekabr 2015 13:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ilin oktyabr ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə cəmi borcalanların sayı 11,38%, başqa sözlə, 257 521 nəfər artaraq bu ilin noyabrın ayının 1-ə 2 mln. 519 min 494 nəfər təşkil edib.

 

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 213 nəfəri hüquqi, 2 mln. 484 min 595-i fiziki şəxs, 23 min 686 nəfəri sahibkarlıq subyektidir.

 

  

 

 

 

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin oktyabr ayından indiyədək daha 253 026 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 534 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3 961 nəfərlik artım olub.

 

 

Təkcə 2015-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 13 686, sahibkarlıq subyektlərinin sayında 186, hüquqi şəxslərin sayında isə 47 nəfərlik artım olub.

 

 

 

Bu ilin oktyabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 248 454 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 46 536 və ya 15,78% azalıb. Bu sorğuların 228 435-i banklar tərəfindən daxil olub. 20 019 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

 

 

2015-ci ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Sentyabrda 15 144 nəfər kredit tarixçəsini öyrənmək istəyib, oktyabrda bu göstərici 20 019-a yüksəlib. Başqa sözlə, sentyabr ayı ilə müqayisədə oktyabrda fiziki şəxslərin sorğularının sayı 32,19% artıb. 

 

Oktyabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 519 494, kredit məlumatlarının ümumi sayı isə 10 529 590 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 195 004-dür.

 

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR