Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü ilin aprelin 1-nə 16 863,7 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 543,8 mln. manat və ya 17,8% çoxdur. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, o cümlədən bu ilin yanvar-mart aylarında geniş mənada pul kütləsi 88,4 mln. manat və ya 0,5% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 574,0 mln. manat və ya 22,9% artaraq 13 837,4 mln. manata çatıb:
(mln.
|
|
01.04.2012 |
01.01.2013 |
01.01.2013 |
|
M0 (nağd pullar) |
7 241,3 |
9 256,6 |
8 999,2 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
8 996,9 |
11 107,9 |
10 982,8 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
11 263,4 |
13 806,4 |
13 837,4 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
14 319,9 |
16 775,3 |
16 863,7 |
Göründüyü kimi, son bir il ərzində nağd manat kütləsi 1 757,9 mln. manat və ya 24,3% artıb. Beləliklə, manat pul kütləsinin artımının 68,3%-i nağd pulların artımının payına düşüb.
Ölkədə nağdlaşma səviyyəsi bu ilin aprelin 1-nə 65,0%-ə bərabər olub ki, bu da illik müqayisədə 0,7 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi müəyyən qədər azalıb. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5%, 2012-ci ildə 25,6% təşkil edib.