Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü il mayın 1-nə 16 921,3 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 575,1 mln. manat və ya 18,0% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında geniş mənada pul kütləsi 146,0 mln. manat və ya 0,9% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 819,5 mln. manat və ya 25,2% artaraq 14 021,9 mln. manata çatıb:
(mln.
|
|
01.05.2012 |
01.01.2013 |
01.05.2013 |
|
M0 (nağd pullar) |
7 312,8 |
9 256,6 |
8 983,9 |
|
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
8 972,4 |
11 107,9 |
11 130,8 |
|
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
11 202,4 |
13 806,4 |
14 021,9 |
|
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
14 346,2 |
16 775,3 |
16 921,3 |
Göründüyü kimi, son bir il ərzində nağd manat kütləsi 1 671,1 mln. manat və ya 22,8% artıb. Beləliklə, manat pul kütləsinin artımının 59,3%-i nağd pulların artmasının payına düşüb.
Ölkədə nağdlaşma səviyyəsi mayın 1-nə 64,1%-ə bərabər olub ki, bu da illik müqayisədə 1,2 faiz bəndi azdır.
Qeyd edək ki, 2010-2011-ci illərlə müqayisədə manat kütləsinin artım tempi müəyyən dərəcədə azalıb. Belə ki, 2010-cu ildə artım 34,5%, 2011-ci ildə 32,5%, 2012-ci ildə 25,6% təşkil edib.