Bank Of Baku

Azərbaycanda partnyorluq sazişi anlayışı Vergi Məcəlləsinə daxil ediləcək

Azərbaycanda partnyorluq sazişi anlayışı Vergi Məcəlləsinə daxil ediləcək
# 12 iyun 2013 07:57 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Vergi Məcəlləsinə partnyorluq sazişi anlayışının daxil edilməsi vergi ödəyicilərinin hüquqlarının daha yaxşı qorunmasına imkan verəcək. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib.

 

Onun sözlərinə görə, vergi orqanı ilə vergi ödəyiciləri arasında bağlanan partnyorluq sazişi vergi ödəyicilərini riskli, az riskli və risksiz ödəyicilər qruplarına böləcək. Risksiz vergi ödəyiciləri heç bir inzibati və maliyyə sanksiyalarına məruz qalmayajaqlar. «Bu da son nəticədə nümunəvi vergi ödəyiciləri təbəqəsinin formalaşmasına səbəb olajaq», - deyə A.Musayev bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR