Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 8,3 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8% çox əmtəə satılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 51,3%-ni qida məhsulları, içkilər və tütün məmulatları, 48,7%-ni qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7% bəndi artıb.
Bu ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6% artaraq 1,1 mln. manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7%-ni hüquqi, 20,3%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,8%-ni qeyri-ərzaq malları təşkil edib.