Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19,1% artıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla hesabat dövründə hüquqi və fiziki şəxslərinə verilən kreditlərin həcmi 18,2 mlrd. manata və ya 23,3 mlrd. dollara çatıb.
Kreditlərin 79,5%-i uzun müddətə verilib, 5,4%-nin ödəmə vaxtı keçib. Başqa sözlə, hesabat dövrünə problemli kreditlərin həcmi 982,8 mln. manata və ya 1,260 mlrd. dollara çatıb.