Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci il fevralın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,6 mlrd. manat məbləğində kredit ayırıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, verilmiş kreditlərin həcmi 2014-cü il fevral ayının 1-i ilə müqayisədə 19,6% artıb, onun 79,3%-i və ya 14,7 mlrd. manatı uzun müddətli olub. Kreditlərin 1,0 milyard manatının, yaxud 5,5%-nin ödəmə vaxtı keçib.