Bakı - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin iyunun 1-nə 19 968,6 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 859,2 mln. manat və ya 16,7% çoxdur.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin mayında geniş mənada pul kütləsi 176 mln. manat və ya 0,9% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 557,5 mln. manat və ya 18,1% artaraq iyunun 1-nə 16 695,7 mln. manata, may ayında isə 206 mln. manat və ya 1,2% artıb.