Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı il yanvarın 1-nə 21 318,6 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 247,8 mln. manat və ya 1,15% azdır.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda noyabr ayı ilə müqayisədə 2015-ci ilin dekabrında geniş mənada pul kütləsi 3 874,1 mln. manat və ya 22,2% azalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 436,9 mln. manat və ya 4,83% azalaraq 2016-cı il yanvarın 1-nə 8 613,1 mln. təşkil edib.