Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti «Güclü brend ilə fərq yaratmağa davam edirik» adlı Sığorta Agentliklərinin III illik Forumunu keçirib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, üç gün davam edən Forumda sığorta agentliklərinin rəhbərləri və «AXA-Mbask»la əməkdaşlıq edən sığorta agentləri iştirak ediblər.
Forumun birinci günü yerli sığorta bazarının mövcud problemlərinin müzakirəsinə həsr edilib. İkinci gün iştirakçılara xaricdən xüsusi dəvət olunmuş ekspertlər satışla bağlı geniş treninqlər keçiriblər. Həmçinin, təbirdə keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və strateji istiqamətlər, agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.
Qeyd edək ki, «
«