Bank Of Baku

Azərbaycanda tikinti işləri 0,3% ucuzlaşıb

Azərbaycanda tikinti işləri 0,3% ucuzlaşıb
# 07 may 2013 09:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda tikinti işlərində qiymətlər 2012-ci ilin IV rübünə nisbətən 0,3% düşüb. “APA-Economics”in xəbərinə görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,2%, yol və körpü tikintisində isə 0,6% ucuzlaşma müşahidə edilib.


Bu ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,3% düşüb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,9% qalxıb.


Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,1%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3% düşüb. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,2%, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,4% ucuzlaşma müşahidə edilib. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9% artıb.


Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,7% düşüb, körpü tikintisi üzrə qiymətlər dəyişməz qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR