Bank Of Baku

Azərbaycanda yoxsulluğun səviyyəsi orta dünya göstəricisindən 4 dəfə aşağıdır

Azərbaycanda yoxsulluğun səviyyəsi orta dünya göstəricisindən 4 dəfə aşağıdır
# 23 may 2013 09:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi ümumdünya yoxsulluq səviyyəsindən təxminən 4 dəfə aşağıdır. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun parlament şəbəkəsinin Bakıda keçirilən İllik Konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

 

E.Rüstəmov qeyd edib ki, hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 6% təşkil edir ki, dünyada yoxsulluğun orta səviyyəsi isə 21%-dir. AMB-nin sədri onu da bildirib ki, son illər ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, strateji valyuta ehtiyatları ÜDM-in 70%-dən çoxdur.

 

E.Rüstəmovun sözlərinə görə, son illər ərzində həmçinin Azərbaycanın beynəlxalq reytinqlərdə vəziyyəti yaxşılaşıb və hazırda Azərbaycan bazar iqtisadiyyatı olan effektiv ölkələr sırasında yer alır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR