Bank Of Baku

Azərbaycanda zərərlə işləyən bankların sayı artıb

Azərbaycanda zərərlə işləyən bankların sayı artıb
# 09 iyun 2014 08:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Cari ilin may ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankı (fəaliyyətini yenicə bərpa edən “Kövsər Bank” daxil olmaqla) tərəfindən əldə olunan mənfəət 137,72 mln. manat təşkil edib.

 

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına istinadən verdiyi məlumata görə, bu, göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9% və ya 31,7 mln. manat.

 

Mayın ayının 1-nə ölkədə 33 bank mənfəətlə işləyib ki, onların əldə etdiyi məcmu mənfəət 171,39 mln. manat təşkil edir. Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə mənfəətlə işləyən bankların sayı 39, onların əldə etdiyi məcmu mənfəət 113,49 mln. manat olub.

 

Ötən ay zərərlə işləyən bankların sayı 11, onların məcmu zərəri isə 33,67 mln. manat olub. 2013-cü ilin analoji dövründə zərərlə işləyən bankların sayı 4 olub ki, onların məcmu zərərinin həcmi 7,48 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR