Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin yarıdan çoxunda sığorta haqlarının yığımı azalıb

Azərbaycandakı sığorta şirkətlərinin yarıdan çoxunda sığorta haqlarının yığımı azalıb
# 16 sentyabr 2014 09:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 11-də sığorta haqlarının artımı, 17-də isə azalma baş verib. 

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Şirkət ilk 8 ayda 35 mln. manat sığorta haqqı toplayıb.

 

Sonrakı yeri tutan “Azərsığorta” DSKŞ-nin yığımları 28,4 mln. manat, “Atəşgah Həyat” şirkətinin yığımları isə 28,2 mln. manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi  27,9 mln. manatla “Paşa Həyat” və 24,4 mln. manatla “AzSığorta” şirkətləri tamamlayır. Ümumilikdə, bazarın təxminən 51%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

 

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (581 min manat), “Era-Trans” (365 min manat), “Azərqarant” (323 min manat), “Günay Sığorta” (135 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,45 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.

 

Ümumilikdə 28 sığorta şirkətinin 10-da sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 5 şirkətdə 5-10 mln. manat arasında, 7 şirkətdə 1-5 mln. manat arasında, 6 sığorta şirkətində isə 1 mln. manatdan aşağıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR