Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan «Billionare» MMC-nin lisenziyalarının fəaliyyəti dayandırılıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Billionare» MMC-nin müraciəti əsasında şirkətin broker və diler lisenziyalarının fəaliyyəti dayandırılıb.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.