Bank Of Baku

Azərbaycanın bəzi bölgələrində bank kreditləşməsi azalıb

Azərbaycanın bəzi bölgələrində bank kreditləşməsi azalıb
# 13 may 2013 14:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin ilk rübü ərzində Azərbaycanda banklar üzrə kredit portfelinin həcmi ötən ilin eyni dövrünə nisbətən 26,2% artıb. Lakin bəzi bölgələrdə kredit portfelinin artım sürəti fərqli olub, bəzi bölgələrdə isə ümumiyyətlə, kreditlərin azalması müşahidə olunur.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, son bir ildə kredit portfelinin ən böyük artımı Kəlbəcər-Laçın (6,4 dəfə) və Yuxarı Qarabağ (2,4 dəfə) iqtisadi rayonlarında qeydə alınıb. Lakin bu iqtisadi rayonların kredit portfelinin həcmi kiçik olduğuna görə, nominal artım o qədər də böyük deyil.

 

Digər bölgələr üzrə kredit portfelinin ən böyük artımı Aran və Dağlıq-Şirvan iqtisadi rayonlarında baş verib – müvafiq olaraq 87,9% və 66,1%. Lənkəran, Naxçıvan, Abşeron bölgələrində də kreditlərin artımı baş verib.

 

Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatalada isə kreditləşmənin azalması müşahidə olunub. Kreditlərin ən kəskin azalması Quba-Xaçmaz bölgəsində baş verib (təqribən 2 dəfə).

 

Bakı şəhərində isə kredit portfelinin artım sürəti ölkə üzrə orta göstəricidən bir qədər artıq – 26,5% olub.

 

Regionlar üzrə kredit qoyuluşlarının illik dinamikası (min manat)

Bölgələr

Yanvar-mart, 2013

İllik dinamika

Ölkə üzrə ümumi

12 953 829,2

26,2%

Bakı

11 369 952,3

26,5%

Abşeron

359 626,3

21,7%

Aran

536 384,4

87,9%

Dağlıq- Şirvan

54 120,9

66,1%

Gəncə-Qazax

210 535,1

-22,7%

Quba-Xaçmaz

55 945,7

-47,1%

Lənkəran

166 635,6

38,8%

Şəki-Zaqatala

70 574,3

-8,7%

Yuxarı Qarabağ

29 434,0

+2,4 dəfə

Kəlbəcər-Laçın

12 642,8

+6,4 dəfə

Naxçıvan

87 977,8

27,8%

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR