Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Avropa İttifaqının komissarı Ştefan Füle ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Avropa İttifaqının komissarı Ştefan Füle ilə görüşüb
# 03 may 2013 14:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın iqtisadi inkişaf naziri, Azərbaycanın Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nazir Ş.Mustafayev Azərbaycanda Aİ ilə əlaqələrin genişlənməsinə böyük önəm verildiyini, Azərbaycanın Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını qeyd edib, 1992-ci ildən başlanan Azərbaycan-Aİ əlaqələrinin tərəflər arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı və Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu, “Şərq Tərəfdaşlığı” Bəyannaməsi ilə daha da inkişaf etdiyini vurğulayıb: “Hazırda Azərbaycanla Avropa İttifaqı arasında Assosiasiya, Viza Sadələşdirilməsi, Readmissiya və Vahid Aviasiya Məkanına dair Sazişlərlə bağlı müzakirələr aparılır”.

 

Ş.Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafına, ölkənin regiondakı roluna dair məlumat verib, Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdıraraq Ermənistan-Azərbaycan münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi təhdid olduğunu qeyd edib.

 

Öz növbəsində Ş.Füle Azərbaycan və Aİ arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

 

Görüşdə Azərbaycan və Aİ arasındakı əlaqələrə və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR