Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin yanvar-fevral aylarında, Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə təxminən 101,7 mln. manat məbləğində sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur.
İki ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 24 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 23,6 manat ödəniş edilib. Bu göstərici 2014-cü ilin yanvar-fevral aylarında 20,8 manat olub.