Bank Of Baku

Azərbaycanın tədiyyə balansının müsbət saldosu 31% azalıb

Azərbaycanın tədiyyə balansının müsbət saldosu 31% azalıb
# 12 iyun 2013 10:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ilin I rübü üzrə tədiyyə balansının ümumi saldosu müsbət 1 674,4 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30,8% azdır.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin ilk rübündə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapital hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir.

 

Nəticədə, 2012-ci ilin yanvar-mart aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 5,8 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 4,0 mlrd. dollar məbləğində profisit yaranıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 1,8 mlrd. dollarlıq kəsirini tam örtüb.

  

Tədiyyə balansının əsas göstəriciləri

(mln. dollar)

 

2012-ci ilin I rübü

2013-cü ilin I rübü

I.Cari əməliyyatlar

hesabının saldosu                                4 635,3                                                 4 045,9

Xarici ticarət balansı                                 6 816,5                                               5 893,1

Xidmətlər balansı                                      - 934,1                                                - 647,6

Gəlirlər balansı                                       - 1 285,1                                              - 1 160,3

- İnvestisiya gəlirlərinin repatriasiyası        - 1 373,8                                              - 1 166,1

Cari transfertlər balansı                                  38,0                                                   - 36,5

 

II.Kapitalın və maliyyənin

hərəkəti hesabının saldosu                - 2 217,1                                                - 2 630,5

- Azərbaycana cəlb olunmuş                      1 161,0                                                 1 419,7

- Xaricə yönəldilmiş                                   - 206,7                                                  - 184,8

- İnvestisiyaların repatriasiyası                    - 745,5                                                  - 840,9

Kreditlər və digər investisiyalar                 - 2 427,9                                               - 3 736,5

 

III.Tədiyə balansının

ümumi saldosu                                     2 418,2                                                   1 674,4

 

Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 10,7 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 5,9 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 125 dövlətlə ticarət əlaqələri olub. Xarici ticarətin 9,4%-i MDB ölkələri, 90,6%-i isə digər xarici dövlətlərin payına düşür.

 

Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 8,3 mlrd. dollar təşkil edib ki, bu da ötən il ilə müqayisədə 7,5% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,5% olub. Xarici dövlətlərə 7,4 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 0,4 mlrd. dolları neft emalı məhsulları, 7,0 mlrd. dolları isə xam neftin payına düşür. İxrac olunmuş xam neftin 6,6 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 0,4 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 42,7 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 332,2 mln. dolları isə ARDNŞ-in payına düşür.

 

Qeyd edək ki, 2013-cü ilin I rübündə Azərbaycanın qeyri-neft ixracı 28,6% artaraq 452,1 mln. dollara çatı.

 

(mln. dollar)

İxracın strukturu

 

2012-ci ilin I rübü

2013-cü ilin I rübü

Yanacaq-xammal məhsulları

8 770,1

7 971,4

- neft-qaz məhsulları

8 618,5

7 841,8

-digər xammal

151,6

129,6

Maşın və avadanlıq

28,3

127,1

İstehlak malları

167,7

185,6

Digər mallar

3,9

9,8

İxrac, cəmi

8 970,0

8 293,9

 

Göründüyü kimi, azalma neft-qaz məhsullarının ixracının azalması hesabına baş verib. Belə ki, ümumi ixracın azalması 676,1 mln. dollar təşkil etdiyi halda, neft-qaz məhsullar üzrə azalma 776,7 mln. dollara bərabər olub.

 

Hesabat dövründə Azərbaycana əmtəə idxalının ümumi dəyəri 2,4 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 11,5% çoxdur. İstehlak mallarının idxalının ümumi dəyəri 1 087,6 mln. dollar olub ki, bunun da 292,8 mln. dolları ərzaq məhsullarının payına düşüb:

 

(mln. dollar)

İdxalın strukturu

 

2012-ci ilin I rübü

2013-cü ilin I rübü

İstehlak malları

889,7

1 087,6

- ərzaq məhsulları

301,1

292,8

- qeyri-ərzaq məhsulları

598,6

794,8

İnvestisiya yönümlü mallar

163,5

251,6

Digər mallar

1 090,3

1 061,7

İdxal, cəmi

2 153,5

2 400,9

 

Göründüyü kimi, istehlak mallarının idxalının artımı əsasən qeyri-ərzaq məhsulları hesabına baş verib. Belə ki, istehlak mallarının idxalının ümumi artımı 197,9 mln. dollar təşkil etdiyi halda, qeyri-ərzaq məhsulları üzrə artım 196,2 mln. dollar təşkil edib, ərzaq məhsulları üzrə isə 8,3 mln. dollarlıq azalma müşahidə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR