Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2013-cü ilin I rübü üzrə tədiyyə balansına əsasən, yanvar-mart aylarında ölkənin xalis maliyyə aktivləri 4,0 mlrd. ABŞ dolları təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (184,8 mln. dollar), portfel investisiyaları (53,7 mln. dollar) və digər investisiyalar (3 736,5 mln. dollar) hesabına formalaşıb.
(mln. dollar)
|
|
Aktivlər |
Öhdəliklər |
|
Birbaşa investisiyalar |
184,8 |
578,8 |
|
- neft-qaz sektoru |
66,7 |
350,9 |
|
- digər sektorlar |
118,1 |
227,9 |
|
Portfel investisiyaları |
53,7 |
1 011,1 |
|
Digər investisiyalar |
3 736,5 |
- 245,7 |
|
- ticarət kreditləri və avanslar |
1 590,2 |
53,2 |
|
- kreditlər və ssudalar |
14,6 |
-470,4 |
|
- depozitlər və nağd valyuta |
2 131,7 |
171,5 |
|
Neft bonusu |
0,0 |
0,3 |
|
CƏMİ |
3 975,0 |
1 344,5 |
Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,4 mlrd. dollar olub və bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83,2% təşkil edib. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələrinin, əsasən də «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri üzrə görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 14,6 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 470,4 mln. dollar azalıb. Xalis maliyyə öhdəlikləri birbaşa dövlət və dövlət təminatlı kreditlər hesabına artığı halda (177,2 mln. dollar), banklar (262,1 mln. dollar) və digər müəssisələr və şirkətlər hesabına isə (383,5 mln. dollar) azalıb.
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2,1 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 171,5 mln. dollar artıb. Bu artımda bankların xüsusi çəkisi müvafiq olaraq 52,9% və 85,4% təşkil edib.