Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 31 mlrd. 16 mln. 305,75 min ABŞ dolları təşkil edib.
“APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrünə nisbətən 10,58% azdır.
Ötən ilin 12 ayı ərzində idxal əməliyyatları 9 mlrd. 187 mln. 696,87 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 14,22% azdır.
Belə ki, ötən il ərzində ölkənin ixrac əməliyyatları üzrə 21 mlrd. 828 mln. 608,88 min dollar olub ki, bu daha əvvəlki illə müqayisədə 8,95% azdır.
Nəticədə 12 mlrd. 640 mln. 912,01 min dollar müsbət saldo yaranıb ki, bu 2013-cü ilin eyni dövrü ilə müqayisədə 4,68% azdır.