Bank Of Baku

Baghlan Group FZCO tərəfindən 2012-ci il üzrə audit edilmiş icmal maliyyə hesabatlarının nəticələri açıqlanıb

Baghlan Group FZCO tərəfindən 2012-ci il üzrə audit edilmiş icmal maliyyə hesabatlarının nəticələri açıqlanıb
# 19 iyun 2013 06:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda neft-qaz hasilatı, tikinti, nəqliyyat və ticarət sahələrində çoxşaxəli layihələrin həyata keçirilməsi ilə məşğul olan Baghlan Group FZCO Beynəlxalq Maliyyə Standartlarına müvafiq olaraq hazırlanmış 2012-ci il üzrə maliyyə hesabatlarının audit edilmiş nəticələrinin açıqlanmasını elan edir.

 

APA-nın məlumatına görə, Qrup tərəfindən bildirilib ki, öncəki il ilə müqayisədə gəlir 10%, EBITDA isə 1.5 dəfə artıb. Qrup aktivlərinin ümumi dəyərində artım isə öncəki illə müqayisədə 70.2% olub.

 

Qrupun icmal maliyyə hesabatları aparıcı audit firmalarından biri KPMG tərəfindən audit edilib. KPMG tərəfindən Qrupun icmal maliyyə hesabatları haqqında müsbət rəy də verilib.

 

Baghlan Group FZCO neft-qaz, tikinti, nəqliyyat və ticarət sektorlarinda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olaraq Azərbaycanın neft-qaz sektorunda fəaliyyətə başlayan ilk özəl şirkətlərdən biri və beynəlxalq kapital bazarlarına 3 illik istiqraz alətini emissiya edən ilk özəl korporasiyadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR