Bank Of Baku

Bakı Banklararası Valyuta Birjası daha bir sığorta şirkəti ilə saziş imzalayıb

Bakı Banklararası Valyuta Birjası daha bir sığorta şirkəti ilə saziş imzalayıb
# 13 may 2013 13:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjası və «Atasığorta» şirkəti arasında şirkətin Birja Elektron Ticarət Sisteminin «Money-Market» pul bazarında iştirakı barədə saziş imzalanıb.

 

Birjadan «APA-Economics»ə verilən məlumata görə, sazişə əsasən, «Atasığorta» banklarla eyni hüquqlu iştirakçı kimi bank pul bazarına çıxış imkanı qazanır.

 

Birja yeni iştirakçıya Birja Elektron Ticarət Sisteminə çıxış təqdim edəcək və eyni zamanda hesablaşma və informasiya xidmətləri göstərəcək.

 

Qeyd edək ki, «Atasığorta» şirkəti «Atəşgah» və «Buta Sığorta» şirkətlərindən sonra müvafiq sazişi imzalayan üçüncü sığorta təşkilatı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR