Bank Of Baku

Bakıda Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının II iclası keçirilib

Bakıda Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının II iclası keçirilib
# 12 sentyabr 2014 10:08 (UTC +04:00)

Bakı – APA-Economics. Bakıda Azərbaycan-Qırğızıstan iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq məsələləri ilə bağlı Hökumətlərarası Komissiyasının II iclası keçirilib.

 

APA-Economics” Qırğızıstanın Vesti.kg informasiya agentliyinə istinadən xəbər verir ki, iclas Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun qırğızıstanlı həmkarı Tayırbek Sarpaşevin rəhbərliyi ilə baş tutub.

 

İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığı genişləndirilmək qərarına gəlib.

 

Bundan başqa, bu ilin sonuna qədər Azərbaycan-Qırğızıstan biznes-forumunun keçirilməsi barədə razılıq əldə olunub.

 

Komissiyanın növbəti iclası 2015-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə baş tutacaq.

 

Bildirilir ki, səfər çərçivəsində T. Sarpaşev Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsi-zadə ilə görüşüb. Görüşlərdə iqtisadi əlaqələrin inkişafı müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR