Bank Of Baku

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
# 12 sentyabr 2014 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinin əməkdaşlarının və Rusiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azpromo-nun rəhbəri Rüfət Məmmədov ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, icra olunan dövlət proqramları, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat verib, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində fond tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

 

Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinin sədr müavini Oleq Bikmansurov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin ticarət əlaqələrinin inkişafına mühüm töhfə verdiyini, bu ilin iyununda Qəbələdə keçirilmiş V Azərbaycan-Rusiya Regionlararası Forumunun Rusiya ilə, eləcə də Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətini diqqətə çatdırıb.

 

O. Bikmansurov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

 

Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə, "Təmiz Şəhər" SC-nin idarə heyətinin sədr müavini Etibar Abbasov "Təmiz Şəhər" SC-nin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

Görüşdə həmçinin, Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri ilə Rusiya şirkətləri arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR