Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 20-21-də Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.
«APA-Economics»in xəbər verdiyi kimi, forumda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin Dünya Bankının, Avropanın ən iri təkrarsığorta şirkətlərindən olan «Swiss Re» və «Europe Re» şirkətləri, dünyanın ən iri sığorta broker şirkətlərindən biri olan «Willis Re» şirkəti, tibbi sığorta üzrə ixtisaslaşmış «Munich Health» şirkəti, Türkiyənin «TARSİM» (Kənd təsərrüfatı sığortaları Hovuzu) sistemi, «AUD
Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularında təqdimatlar keçirəcəklər. Forum zamanı həmçinin Rusiya Kənd Təsərrüfatı Sığortaçılarının Milli İttifaqı ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanacaq.
Ümumilikdə, tədbirdə Qafqaz regionunun, eləcə də Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin 200-dən artıq nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, 2008-ci ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu – Qafqaz regionunda sığorta və təkrarsığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.