Bank Of Baku

Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək

Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək
# 16 may 2013 13:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin mayın 23-24-də Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək.

 

APA-Economics”in xəbərinə görə, konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov bildirib ki, İllik Konfrans Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarisini, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra Beynəlxalq Maliyyə İnstitutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan tədbiridir.

 

Bakıdakı konfransda iştiraklarını artıq dünyanın 74 ölkəsindən 235 nəfər təsdiq edib. Onların sırasında 4 ölkənin parlamentlərinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları, Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxsləri qeyd etmək olar.

 

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarilərinə inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir. Parlament Şəbəkəsinin hazırkı sədri Alen Desteksdir. O, 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu və xüsusilə Azərbaycan-Belçika regional qrupunun prezidenti olub. Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1 500-dən çox parlamentarini əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir.

 

Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaratması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular qeyri-neft sektorunun inkişafı, hökumət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi mövzularını əhatə edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR