Bakı. Şamil Əlibəyli - APA-Economics. Bu ilin birinci rübündə Belarusdan Azərbaycana ixrac 5,8% artaraq 44 mln. dollardan 46,6 mln. dollara yüksəlib.
“APA-Economics”in məlumata görə, Belarus Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, Belarusun Azərbaycana ixracı bu ölkənin ümumi ticarət dövriyyəsində 0,2% pay təşkil edir.
Hesabat dövründə Azərbaycandan Belarusa ixrac 2 mln. dollardan 2,7 mln. dollara qədər artıb.
Qeyd edək ki, Belarusun əsas ticarət tərəfdaşları Rusiya, Niderland və Ukraynadır.