“Crif Azərbaycan” MMC ləğv olunub.
"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, Kreditorlar iki ay ərzində tələblərini “Beyker və Makenzi – Si-Ey-Es, Limited” Ləndmak İş mərkəzi, 8-ci mərtəbə, Nizami küçəsi 90A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət İtaliyanın Balonya şəhərində 1988-ci ildə yaradılıb. “Crif” kreditləşmə və biznes məlumatı emalı və autsorsinq üzrə ixtisaslaşan qlobal şirkətdir.