Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə təmin olunan vergi daxilolmalarının həcmi 2 911,239 mln. manat təşkil edib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 42,6%-i mənfəət vergisi, 22%-i əlavə dəyər vergisi, 11,2%-i fiziki şəxslərin gəlir vergisi, 7,4%-i aksizlər, 16,8%-i isə digər vergilərin payına düşür.
Büdcə daxilolmalarının 1 494,642 mln. manatı və ya 51,34%-i qeyri-neft sektorundan daxil olub.