Bank Of Baku

Bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2,514 mlrd. manat daxil olub

Bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2,514 mlrd. manat daxil olub
# 14 may 2013 12:01 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 513 825,7 min manat  təşkil edib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 47,6%-i mənfəət vergisinin, 20,2%-i əlavə dəyər vergisinin, 10,3%-i fiziki şəxslərin gəlir vergisinin, 7%-i aksizlərin, 14,9%-i isə digər vergilərin payına düşüb.

 

Qeyri-neft sektoru üzrə büdcəyə 1 224 932,2  min manat vəsait daxil olub.

 

Yanvar-aprel aylarında ölkə üzrə 28 057 vergi ödəyicisi qeydiyyata alınıb. Qeyd edək ki, 2011-ci il iyulun 1-dən cari ilin mayın 1-dək Azərbaycanda 73 728 nəfər fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib, mayın 1-i vəziyyətinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 506 715 olub.

 

Bu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1% təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR