Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7% artaraq 436,7 manat təşkil edib.
APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1790,9 manat, qeyri-neft sektorunda 402,8 manat, dövlət bölməsində 351,8 manat, özəl bölmədə 563,9 manat təşkil edib.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 271,8 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 294,7 manat təşkil edib.