Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin iki ayında Naxçıvanda kənd təsərrüfatının kreditləşməsi üçün 2 mln. 623 min manat vəsait ayrılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi məlumat yayıb.
Hesabat dövründə heyvandarlığın inkişafı məqsədilə ayrılan kreditlərin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 816 min manat artaraq 2 mln. 451 min manat təşkil edib.
Arıçılığın inkişafı məqsədlə cəlb edilmiş kreditlərin həcmi 2014-cü ilin müvafiq dövründən çox olub.