Bank Of Baku

CDB "Bank of Georgia" ilə müxbir münasibətləri yaradıb

CDB "Bank of Georgia" ilə müxbir münasibətləri yaradıb
# 15 dekabr 2015 12:30 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin dekabrın 10-dan etibarən "Caspian Development Bank (CDB)" ASC Gürcüstanın aktivlərinin həcminə görə ən böyük bankı olan "Bank of Georgia" ilə müxbir münasibətləri yaradıb.

 

CDB-dən “APA-Economics”ə verilən məlumata görə, açılmış müxbir hesablara əsasən, bankın müştəriləri üçün geniş bankçılıq xidmətləri təqdim ediləcək və xarici valyutalar üzrə (ABŞ dollar, avro, Böyük Britaniya funt sterlinqi) xidmətlər daha operativ şəkildə həyata keçiriləcək.

 

Qeyd edək ki, CDB-nin qarşısında duran prioritet məsələlərdən biri də müxbir şəbəkəsinin inkişafı və optimallaşdırılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR