Bank Of Baku

Daha bir BOKT elektron arayışlardan istifadəyə başlayır

Daha bir BOKT elektron arayışlardan istifadəyə başlayır
# 15 yanvar 2015 08:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “BOKT Ideal Kredit” MMC öz fəaliyyətində elektron arayışdan istifadə edəcək.

 

APA-Economics”in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və “BOKT Ideal Kredit” MMC arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən, vətəndaşlar üçün “Elektron hökumət” portal vasitəsi ilə iş yerindən arayışı və digər lazımi sənədləri formalaşdıraraq onlayn şəkildə cəmiyyətə göndərilməsinin təşkili həyata keçirilib.

 

Elektron arayış vətəndaş tərəfindən “Elektron hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir.

 

Elektron arayışın üstünlükləri iş vaxtına bağlılığın olmaması, elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümkünlüyü, habelə vaxta qənaət, operativlik, arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmamasından ibarətdir. Bundan başqa, arayış portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir.

 

Hal-hazırda portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif istiqamətlər (ehtiyaclar) üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR