Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının "Respublika" qəzetinə elanların dərc olunması üçün ödədiyi məbləğin həcmi açıqlanıb.
Satınalmalar üzrə Dövlət Agentliyindən "APA-Economics"ə verilən xəbərə görə, komissiya Milli Məclisin rəsmi mətbu orqanına 14 779,50 manat pul ödəyib.