Bakı – APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 14 813 ipoteka krediti verib. “APA-Economics”in məlumatına görə, bu barədə AİF-in saytında dərc edilmiş məlumatda bildirilir.
Fondun məlumatına görə, 2006-2014-cü illərdə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 586 mln. 716,3 min manat təşkil edib.
Qeyd edək ki, AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.