Bank Of Baku

Dünya Bankı: Azərbaycan təhsil, səhiyyə və sosial xidmətlər sahələrində keyfiyyəti artırmalıdır

Dünya Bankı: Azərbaycan təhsil, səhiyyə və sosial xidmətlər sahələrində keyfiyyəti artırmalıdır
# 27 may 2013 11:36 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Antonius Broyek qeyd edib ki, BMT-nin üzv ölkələri və dünyanın bir sıra təşkilatları tərəfindən qəbul edilmiş Minilliyin İnkişaf Məqsədləri istiqamətində Azərbaycan ciddi tərəqqiyə nail olub.

 

A.Broyekin sözlərinə görə, Minillik Qətnaməsində inkişafın 8 məqsədi mövcuddur ki, burada yoxsulluğın səviyyəsinin azaldılması, HİV-QİÇS-in yayılmasının qarşısının alınması, ibtidai təhsilin təşkili və s. məqsədlər yer alıb: «Azərbaycan sözügedən qətnamədəki məqsədlərin bir çoxuna nail olub. Bunlardan yoxsulluğun səviyyəsinin azaldılması və sosial xidmətlərin təkmilləşdirilməsini misal gətirmək olar».

 

A.Broyek əlavə edib ki, son illər ərzində Azərbaycan yüksək templə inkişaf edir və burada əsas rolu neft və qaz sənayesi və bu sahədə əldə olunan gəlirlərin effektiv istifadəsi oynayıb: «Buna baxmayaraq, Azərbaycan yoxsulluq səviyyəsinin azaldılması, iqtisadiyyatın diversifikasiyası və s. istiqamətlərdə işlərini davam etdirməlidir. Bu məqsədlə Azərbaycan 2020-ci ilədək dövrü əhatə edən inkişaf konsepsiyası hazırlayıb və bu konsepsiyada nəzərdə tutulmuş məqsədlərə nail olunarsa, Azərbaycan yüksək orta gəlirli ölkələr sırasına, perspektivdə isə yüksək gəlirli ölkələr sırasına daxil olacaq».

 

BMT rəsmisi həmçinin bildirib ki, Azərbaycan insan kapitalının inkişafı göstəricisinə görə də irəliləyir. Bununla yanaşı, Azərbaycan təhsil, səhiyyə və sosial xidmətlər sahələrində keyfiyyəti artırmalıdır.

 

Tədbirdə çıxış edən DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşşenko bildirib ki, Azərbaycan son illər ərzində bir çox sahələrdə uğurlara nail olub. Lakin ölkə hökuməti yeni iş yerlərinin açılması, regionların inkişafı və iqtisadiyyatın inklüziv inkişafına bir qədər də diqqət yetirməlidir: «İqtisadiyyatın diversifikasiyası məqsədinə nail olmaq üçün ölkə hökumətinin diqqət mərkəzində insan kapitalının inkişafı olmalıdır».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR