Bank Of Baku

Elçin İsayev yenidən “Bank of Baku”nun Müşahidə Şurasına sədr təyin olunub

Elçin İsayev yenidən “Bank of Baku”nun Müşahidə Şurasına sədr təyin olunub
# 05 iyun 2014 13:03 (UTC +04:00)

Bakı – APA-Economics. Elçin İsayev növbəti dəfə “Bank of Baku”nun Müşahidə Şurasına sədr təyin edilib. Bu barədə “APA-Economics”ə E.İsayev özü xəbər verib.

 

Onun sözlərinə görə, bu ilin martında səhmdarların ümumi yığıncağının yekdil qərarına əsasən bankın Müşahidə Şurasının üzvü və sədri seçilən Elmir Həbibullayev bu vəzifələrdən kənarlaşıb.

 

“Elmir Həbibullayev əvvəlki iş yerinə, yəni “Azərbaycan Beynəlxalq Bankı”na dönüb. Elmir bəy bu müddət ərzində müəyyən işlərdə banka (“Bank of Baku”-ya) köməklik göstərib və öz təcrübəsini bizimlə bölüşdü”, - deyə o bildirib.

 

Maraqlıdır ki, E.İsayev E.Həbibullayevin “Bank of Baku”ya Müşahidə Şurasının sədri təyin olunmasının hansı məqsəd daşıdığı barədə danışmaq istəmədi.

 

Qeyd edək ki, E.Həbibullayev “Bank of Baku”nun Müşahidə Şurasına sədr təyin olunandan sonra, E.İsayevə onun baş məsləhətçisi vəzifəsi verilib.

 

“Azərbaycan Beynəlxalq Bankı”ndan isə “APA-Economics”ə bildirildi ki, E.Həbibullayev əvvəlki kimi bankının baş direktorudur. Bununla yanaşı, “Bank of Baku”ya Müşahidə Şurasının sədri təyin olunandan sonra, o, əvvəlki vəzifəsinin icrasına davam edib: “Müvafiq qanunvericiliyə uyğun olaraq, əgər bank nümayəndəsi inzibatçı deyilsə digər bankda inzibatçı kimi çalışa bilər. Elmir Həbibullayev baş direktor olduğu üçün “Bank of Baku”da Müşahidə Şurasının sədri kimi çalışmasında heç bir problem yox idi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR